ANIIA


ANIIA-nın qarşısında duran vəzifələr Azərbaycan Respublikasında narçılığın inkşaf etdirilməsi, nar və nardan alınan məhsulların xarici bazarlara çıxarılmasıdır. Bunun üçün aşağıda qeyd olunan maddələr üzrə öz işini qurmağı planlaşdırır:

1. Yüksək istehsalat texnologiyalarının narçılıqda tətbiqi.

2. Yüksək keyfiyyətli şitilçiliklərin qurulması və nar tingilərinin patentləşdirilərək yerli təsərrüfatların təmin edilməsi və xarici bazarlara satılması.

3. Damlama suvarma sistemlərinin geniş tətbiq edilməsi.

4. Ekoloji təmiz, yüksək keyfiyyətli texnikalar vasitəsi ilə aqrotexniki qulluğun aparılması.

5. Səmərəli gübrələmə tətbiqi ilə nar bağlarının organik gübrələmə metodlarına keçidi.

6. Zərərvericilərə qarşı təkmil mübarizə üçün maarifləndirmə işlərinin aparılması.

7. Nar yığımında qabaqcıl texnologiyaların tətbiqi ilə məhsul itkisinin qarşısının alınması və qısa vaxtda tamamlanması.

8. Yığımdan sonrakı mərhələdə çeşidləmə, qablaşdırma, etiketləmə barədə maarifləndirici tədbirlərin görülməsi.

9. İxrac üçün lazım olan sənədlərin və digər sertifikatların (Global GAP, Orqanik, Bio) alınmasında nar istehsalçılarına köməklik göstərilməsi.

10. Logistika işlərində maarifləndirici tədbirlərin aparılması.

11. Soyuducu anbarlarda məhsulun keyfiyyətli saxlanılması üçün maarifləndirici işlərin aparılması və texniki dəstəyin göstərilməsi.

12. İstehsal və emal sahələrində mütəxəsislərin bacarıq və biliklərin artırılması üçün ixtisas artırma kurslarının və iş təcrübəsi mübadilələrinin aparılması.

13. Yerli və xarici bazarların daimi keyfiyyətli məhsul təchizatı üçün kooperativlərin yaradılması və azərbaycan narı brendi yaradılaraq, vahid brend altında məhsulların satışını həyata keçirmək.