Direktorun sözü


Əziz dostlar,

Min illik tarixə malik olan azərbaycan narı öz gözəlliyi, dadı və faydalı xüsusiyətləri ilə bütün dünyada məşhurdur.

Dünyada mövcud olan on bir iqlimdən doqquzu gözəl vətənimizdədir. Bu da öz növbəsində yetişdirilən meyvə və tərəvəzlərə təkrar olunmaz dad verir.

Meyvələrin şahı sayılan nar isə Azərbaycanın aran bölgəsində “kontinental iqlim” deyilən iqlimə sahib ərazidə yetişir. Gündüzlər bol miqdarda günəş şüaları vasitəsi ilə istilik, gecələr isə böyük Qafqaz daglarından gələn sərin küləyin yaratdigi sərinlik narımıza dünyanın heç bir yerində rast gəlinməyən füsunkar dad bəxş etmişdir.

ANNIA yarandıgı gündən Azərbaycan narının tarixinin dünyada təblig edilməsini qarşısına prioritet bir mövqe qoymuşdur.

Bunun üçün dünyanın tanınmış sərgilərində Azərbaycan narının və ondan alınan füsunkar məhsulların sərgi və təqdimatını keçirir. Xarici bazarlara çıxışi asanlaşdırmaq üçün xarici ölkələrdə ANNIA-nın nümayəndəliklərini açmagı planlaşdırır. Bütun bunlara nail olmaq üçün, ANNIA ölkəmizin daxilində nar yetişdirən fərddən tutmuş iri şirkətlərə qədər hər kəs ilə, narın əkilib becərilməsi, aqrotexniki qulluq, məhsul yıgımı, saxlama və bazarlara çıxış mərhələsində bir koordinator rolunu oynamagı planlaşdırır.

Bilindiyi kimi, nar nəinki süfrə, narşərab və nar şirəsi kimi istifadədən əlavə, qabıq və tumları qədim zamanlardan müalicəvi xüsusiyyətləri ilə tanınmışdır. Tərkibində güclü antioksidantların olması, nar qabıgı və tumunu, farmokologiya və kosmetologiyada əvəz edilməz bir məhsula çevirmişdir. ANNIA-nın başlıca məqsədlərindən biri də bu məhsulların Azərbaycanda istehsalıdır.

Əziz nar istehsalçıları,

hər birinizi bizim assosiasiyaya üzv olmağa, gözəl məhsulumuz olan narın yetişdirilməsində əl-ələ verməyə, xarici bazarlarda məhsulumuzun öz layiqli yerini tutmasında birgə əmək sərf etməyinizə dəvət edirəm.

Hörmətlə,

ANİİA-nın rəhbəri   Fərhad Qaraşov