Layihələrimiz

 

ANIIA yarandığı gündən qarşısına qoyduğu məqsədlərdən biri də nar meyvəsinin itkisiz emalı olmuşdur. Qədim zamandan nar qabığı və tumu müxtəlif xəstəliklərin müalicəsində istifadə olunmuşdur. Nar qabığı tanin maddəsi ilə zəngin olduğundan kosmetologiya və farmokologiyada geniş istifadə olunmaqdadır.

Ölkəmizdə hər il yeni nar baglarının salınması, yeni emal müəssisələrinin yaradılması nar qabığı və tumunun emalını daha da aktuallaşdırmışdır.

Nar qabığının istifadə sahələrindən biri də, ondan alınan pelletin ev və istehsalat sahələrinin qızdırılması, pelletdən elektrik enerjisi alınması ola bilər. Bütün dünyada alternativ enerji mənbələrinə keçid geniş vüsət almaqdadır.

Bilindiyi kimi nar baglarındakı agaclar hər il budanır və bunun nəticəsində külli miqdarda agac tullantıları əmələ gəlir. ANİİA aşağıda təklif elədiyi layihədə nar qabığından və ağac tullantılarından ixrac potensialı geniş olan pellet hazırlamağı təklif edir.