Məhsul yıgımı

 

ANIIA-nın yaradılmasının başlıca məqsədlərindən biri də, narçılıq sahəsində dünyada tətbiq edilən qabaqcıl texnologiyaları ölkəmizdə tətbiq etməkdir. Bilindiyi kimi ölkəmizdə nar yigımı mövsümü Sentyabr ayının son həftələri başlayıb, Noyabr ayının ortalarına qədər davam edir. Sirr deyil ki, bu zamana təsadüf edən yagişlar, yetişdirilən məhsulun 30-40 faizinə kimi itirilməsinə səbəb olur. Həmçinin nar yıgılan zaman təsərrüfatlar ciddi işçi çatışmamazlıgı ilə qarşılaşırlar. Narın yigılması zamanı onu zədələnməkdən qorumaq vacib oldugu üçün ixtisaslı işçilərə ehtiyac olur. Bu da oz növbəsində nar təsərrüfatlarını böyük bir problemlə üz-üze qoyur. Yuxarıda qeyd edilən problemlərin həlli üçün assosasiyamız, nar yıgımı zamanı Izraildə geniş tətbiq edilən maşını məsləhət görür. 12 saat ərzində 40 ton nar yigmaq qabiliyyətinə sahib olan maşın, özəl funksiyalarına görə narın yigılması zamanı onu zədələnməkdən qoruyur. Gövdəsində olan işıqlar vasitəsi ilə hava qaralan zaman da nar yigmasına davam etmək olur.

Qeyd etdiyimiz kimi, narın sahələrdən daha operativ yıgılması üçün yeni avadanlıqların tətbiqi vacibdir. Nar yıgımı üçün istifadə olunan maşının istifadə etdiyi yeşiklər, “Big Box” adlanır və tutumu 250-300 kq arası dəyişir. Bu da öz növbəsində sahədən daha çox nar çixarılmasını təmin edir. Bu yeşiklərin tətbiqi onlarla xırda yeşiklərin istifadəsinin qarşısını alır və bu yeşiklərin sahəden çıxarılmasına sərf olunan resurslara ekonomiya eləməyə imkan verir.

 

Ölkəmizdə əsasən nar yığımı əl ilə aparıldığından, vedrə və yeşiklərdən istifadə olunur. Bu da öz növbəsində yığm zamanı bir sıra çətinliklər yaradır. Belə ki, yeşik vasitəsi ilə yığıldıqda narı birbaşa ağacdan dərənə əlavə köməkçi işçi qüvvəsi verilir bu da yığım mailliyətini artırır. Vedrə ilə yığımda narın əzilməsinə səbəb olur.
Bütün bu sadalanan mənfi cəhətləri aradan qaldırmaq üçün ANİİA, bütün dünyada geniş tətbiq edilən yığım çantalarından istifadə etməyi məsləhət görür. Bu çantaların özəlliyi işçinin eyni zamanda nar yığımından ayrılmadan 10 kq yaxın narı çantada daşımaq qabiliyyətinə malik olmasıdır. Bu da öz növbəsində əlavə işçiyə ehtiyacın və narların zədələnməsinin qarşısını alır.
Çanta dolduğu zaman, çox asanlıqla açılan alt tərəfindən narın boşaldılmasını təmin edir. Nar boşaldıldıqdan sonra işçi yenə nar yığımını davam etdirir.

Bilindiyi kimi, narın yığımdan sonra soyuducu anbarlarda saxlanılması və istehlakçıya keyfiyyətli halda çatdırılmasında narın ağacdan dərilməsi böyük rol oynayır. Belə ki, narı ağacdan qoparmağa qətiyyən yol vermək olmaz. Narın ideal halda ağacdan kəsilməsini təmin etmək üçün məhsul yığımı qayçılarından istifadə etmək məsləhətdir. Qayçılar kəsim bölməsindəki çıxıntıları vasitəsi ilə qayçının narın qabığının zədələnməsinin qarşısını alır. Bu da öz növbəsində narın ideal yıgımını təmin edir.