Səfərlər

 

Riqada Latviya-Azərbaycan biznes forumu çərçivəsində Əməkdaşlıq Şurasının iclası keçirilib.

Tədbirdə aktual problemlər, gələcək imkanlar və perspektivlər ilə bağlı müzakirələr aparılmışdır. Qarşılıqlı investisiya qoyuluşları, şirkətlər üçün yeni bazar imkanları, nəqliyyat, səhiyyə, hava daşımaları üzrə ölkələrin əməkdaşlıq potensialına dair təkliflər səsləndirilib.  Eyni zamanda Latviya-Azərbaycan şirkətləri arasında gələcəkdə əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və s. kimi məsələlər müzakirə edilib. Tədbirdə “Az-Granata” MMC-nin direktoru R. Fərhadov və ANİİA-nın icraçı direktoru V.Tağıyev iştirak etmişdir.

 

Son bir il ildə ərəb ölkələri ilə ölkəmiz arasında  ticarət və turizm sahəsində əlaqələr genişlənmişdir. “Made in Azerbaijan” brendi altında məhsulların körfəz ölkələrinə geniş ixracı başlamışdır. Ölkə başçımız, cənab İlham Əliyev bu sahəni daimi diqqətdə saxlayır, əlaqələrin genişlənməsi üçün əlaqəli dövlət orqanlarına tapşırıqlarını verməkdədir.

Bu tendensiyaların davamı olaraq Iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi numayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri reallaşdırılmışdır.

Səfər çərçivəsində,  Dubay Ticarət Palatasında goruşlər keçirilmiş, əlaqələrin genişləndirilməsi müzakirə olunmuşdur.

Bu görüşlərlə yanaşı ANİİA üzvləri “Lulu” və digər iri ticarət şəbəkələrini ziyarət etmiş, iş prinsipləri ilə tanış omuş və  nar məhsullarının ixracı barədə razılıq əldə etmişlər.

Italiya səfəri

Narçılığda, dadlı, keyfiyyətli və məhsuldar nar yetişdirilən  ağaclaırın önəmi böyükdür. Sağlam nar ağacı başlanğıcını aqrotexniki qaydalara riayət olunmaqla salınmış tingçilikdən başlayır.

Bilindiyi kimi vətənimizdə onlarla nar növləri yetişdirilir. Bunların əkimdən qabaq seleksiyası aparılmalı, hər regionun təbii şərtlərinə uyğun, iqtisadi səmərəliyi də hesablanmaqla əkilməlidir.

Ölkəmizdəki tarixi min illərə dayanan ştilçiliyi və avropanın yeni texnologiyalar ilə salınan ştilçiliyinin sintezini yaratmaq məqsədi ilə ANİİA, səkkizə yaxin nar təsərüfatı nümayəndələrinin İtaliyaya səfərini təşkil etmişdir.

Səfərin məqsədi ştilçilikdə qabaqcıl texnologiyalar ilə tanış olmaq, İtalyanın ştilçilik mütəxəsislərinin təcrübələrinin öyrənilməsi və bunların Azərbaycan nar təsərüfatlarında tətbiqi olmuşdur.

Səfər çərçivəsində belə tingçiliyin Azərbaycanda yaradılması barədə razılıq əldə olunmuş, öz növbəsində İtaliya mütəxəsislərinin azərbaycan narına olan marağını nəzərə alaraq, Azərbaycana səfər etmələri barədə razılıq əldə olunmuşdur.