Sənədlər

 

ANİİA-nın əsas məqsədlərindən biri, nar və nardan istehsal olunan məhsulların xarici bazarlara çıxışında üzvlərə maarifləndirici məlumatlar verməkdir. Nar meyvəsinin ixracı üçün tələb olunan sənədlər ixrac ölkəsinin qanunvericiliyinə görə dəyişə bilər. Azərbaycan Respublikasından ixrac üçün təqdim olunmalı sənədlər aşaqıdakılardır:

Mənşə sertifikatı.

Sertifikati İqtisadiyyat Nazirliyi nərəfindən verilir.

  1. Sifarişçi Dövlət Xidmətinə ərizə ilə müraciət edir.

Müraciət formaları:

Hüquqi şəxslər üçün Fiziki şəxslər üçün

 

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

– sifarişçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

– sifarişçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surəti;

– sifarişçi ilə alıcı arasında bağlanmış müqavilənin surəti (olduğu halda);

– qaimə-faktura (invoys);

– ixrac olunan məhsulun ilkin xammalının, yarımfabrikatın yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən müqavilə və ya başqa təsdiqedici sənədlərin surəti;

– ixrac olunan məhsulun ilkin xammalı, yarımfabrikatı, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materiallar xarici ölkə mənşəli olduğu təqdirdə, emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası (XİF ƏN) üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində dəyişmənin olması və ya advalor pay qaydası tətbiq olunduğu hallarda istifadə olunmuş materialların dəyərinin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar sənədlər;

– mənşə sertifikatının verilməsinə görə dövlət rüsumunun ödənilməsi haqqında qəbz.

  1. Ərizə və ona əlavə edilmiş sənədlər qəbul edilir və baxılır.
  2. Sənədlərdə çatışmazlıqlar və uyğunsuzluqlar aşkar edilmədikdə ərizə və ona əlavə edilmiş sənədlər xüsusi kitabda qeydiyyata alınır.
  3. Ərizə və ona əlavə edilmiş sənədlərin surəti malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi üçün 1 (bir) iş günündən gec olmayaraq İstehlak Mallarının Ekspertizası Bürosuna təqdim olunur.
  4. Büro tərəfindən sənədlər qəbul edilir və xüsusi kitabda qeydiyyata alınır.
  5. Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi məqsədi ilə göstərilən xidmətlərə görə Büro ilə sifarişçi arasında müqavilə bağlanılır və sifarişçiyə ödəniş tapşırığı yazılır.
  6. Sifarişçi tərəfindən ekspertiza xidmətlərinə görə ödənişi həyata keçirir və müvafiq bank sənədini Büroya təqdim edir.
  7. Təqdim olunmuş sənədlər əsasında Büro tərəfindən 1 (bir) iş günü ərzində malın mənşə ölkəsinin müəyyən edilməsi məqsədilə ekspertiza keçirilir. Ekspertizanın keçirilməsi zamanı, həmçinin ixrac edilən mal partiyasının mövcudluğu, malın texnoloji prosesinin mərhələlər üzrə istehsal olunub-olunmadığı, istehsal üçün zəruri olan avadanlıqların və şəraitin olub-olmadığı araşdırılır.
  8. Ekspertizanın nəticələri əsasında iki nüsxədə ekspertiza aktı tərtib edilir. Aktın bir nüsxəsi tərtib olunduğu gün ərzində Dövlət Xidmətinə təqdim olunur.
  9. Ekspertiza aktı əsasında malın mənşə ölkəsi müəyyən edildikdə Dövlət Xidməti tərəfindən 1 (bir) gün ərzində mənşə sertifikatı tərtib olunur, səlahiyyətli şəxsin imzası və Dövlət Xidmətinin möhürü ilə təsdiq edilir və sifarişçiyə verilir.
  10. Ekspertizanın nəticələrinə görə malın mənşə ölkəsini müəyyən etmək mümkün olmadıqda, bu barədə sifarişçiyə Dövlət Xidməti tərəfindən mənşə sertifikatının verilməməsinin səbəbləri göstərilməklə ərizənin təqdim olunduğu tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq yazılı şəkildə məlumat verilir.
  11. Mənşə sertifikatının verilməsi mümkün olmadıqda sertifikata görə ödənilmiş dövlət rüsumu sifarişçiyə qanunvericiliklə müəyyən olunmuş qaydada geri qaytarılır.
  12. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və uyğunsuzluqlar aşkar edildikdə bu barədə sifarişçiyə ərizənin təqdim olunduğu tarixdən etibarən 1 (bir) iş günündən gec olmayaraq məlumat verilir.
  13. Sifarişçi tərəfindən sənədlər təkrar təqdim edildikdən sonra 3-10-cu bəndlərdə göstərilmiş prosedura uyğun tədbirlər həyata keçirilir və nəticələri əsasında sifarişçiyə mənşə sertifikatının verilməsi (və ya verilməsindən imtina) barədə qərar qəbul edilir.

 

 

Qeyd: Regionlarda mənşə sertifikatını almaq üçün ixracatçılar Dövlət Xidmətinin regional bölmələrinə müraciət edir. Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar Büronun regional bölmələri tərəfindən, ekspertizanın nəticələri əsasında mənşə sertifikatlarının verilməsi Dövlət Xidmətinin regional bölmələri tərəfindən həyata keçirilir.

 

Fitosanitar sertifikatı.

Sertifikatı Kend Təsərüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti verir.

Fitosanitar serifikatın alınması proseduru

Fitosanitar sertifikat bitki, meyvə, tərəvəz və onlardan hazırlanan mal partiyasına və ya yükə verilir. İxracatçı sertifikat almaq üçün Fitosanitar Nəzarət uzrə Dövlət Xidmətinə müraciət etməli və aşağıdakı tələb olunan sənədləri təqdim etməlidir:

✓ dovlət qeydiyyatı haqqında sənəd

✓ Dovlət Rüsumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 1 nəqliyyat vasitəsinə gorə nəzərdə tutulan 1 manat rüsumunun odənilməsinə dair qəbz

✓ bitki və bitkiçilik məhsullarının təsviri sənədi

Sənədlər təqdim edildikdən sonra məhsula fitosanitar karantin baxışı aparılır. İxrac olunan yüklərə ətraflı fitosanitar karantin baxışı ilk yuklənmə yerində, hava, dəniz və çay limanlarında, dəmiryol stansiyalarında və digər təkrar yüklənmə məntəqələrində (ixrac partiyasının formalaşması zamanı) həyata keçirilir. Mallarda hər hansı uyğunsuzluq aşkarlanmadıqda daxili karantin sertifikatı verilir. Daxili karantin sertifikatı 2 nüsxədə hazırlanır, biri mal sahibinə verilir, digəri yerli Karantin Xidmətində qalır. Daxili karantin sertifikatının verilməsi barədə Dövlət Xidmətinin yerli qurumu tərəfindən dərhal məhsulun respublikadan ixrac olunduğu sərhəd fitosanitar nəzarəti məntəqəsinə bildiriş göndərilir. Mal sərhəd karantin xidmətinə gətirilərkən xidmət tərəfindən mala vizual karantin baxışı keçirilir və uyğunsuzluq olmadıqda xidmət tərəfindən 2 nusxədə hər nəqliyyat vahidinə sertifikat (Əlavə 1) verilir. Onun bir nüsxəsi ərizəçiyə (yük sahibinə) verilir, digər nüsxəsi isə Dövlət Xidmətinin sərhəd fitosanitar nəzarəti məntəqəsində saxlanılır.

İxrac olunan yüklər sərhəddə fitosanitar nəzarəti məntəqəsində boşaldılmadan birbaşa xarici dövlətlərə göndərilərkən, bitki və bitkiçilik məhsulları mal partiyası formalaşdığı və göndərildiyi yerlərdə qablaşdırılır, plomblanır və nəqliyyat vasitələrinə yuklənir. Həmin yükə Dövlət Xidmətinin yerli qurumları tərəfindən 3 nüsxədə fitosanitar sertifikatı hazırlanır və onun bir nüsxəsi həmin qurumda saxlanılır, iki nüsxəsi isə ərizəciyə verilir. Ərizəçi yükü sərhədə çatdırdıqda, fitosanitar sertifikatının bir nüsxəsini Dövlət Xidmətinin fitosanitar nəzarəti məntəqəsinə verməlidir və yük açılmadan, bölünmədən, digər yüklərə qarışdırılmadan və yenidən qablaşdırılmadan müəyyən olunmuş qaydada üzərində, gömrük tələblərinə riayət etməklə, vizual fitosanitar karantin baxışı həyata kecirilərək yola salınmalıdır. Tranzit olunan bitki və bitkiçilik məhsulları Azərbaycan Respublikasının ərazisində dövriyyədə olduqda, hissələrə bölündukdə, digər yuklərə birləşdirildikdə və ya yenidən qablaşdırıldıqda Dövlət Xidməti tərəfindən gömrük tələblərinə riayət edilməklə muəyyən olunmuş qaydada fitosanitar karantin baxışı aparılır, lazım gəldikdə müvafiq fitosanitar tədbirləri həyata keçirilir və təkrar ixracat fitosanitar sertifikatı verilir. Təkrar ixracat fitosanitar sertifikatı 2 nüsxədən ibarət hazırlanır, bir nüsxəsi yük sahibinə verilir, digər nüsxəsi isə Dövlət Xidmətinin müvafiq qurumunda saxlanılır.

Əlavə 1

Fitosanitar Nəzarət üzrə Dövlət Xidmətinin göstərdiyi xidmətlərin tarifləri

Xidmətlərin adı Ölçü vahidi Tariflər
(AZN, ƏDV-siz)
1. Karantin   nəzarətində   olan   idxal   edilən   materiallara   fitosanitar   karantin baxışının keçirilməsi
Toxum materialları (bütün növlər), dərman bitkiləri 1 ton 0,10
Əkin materialları, rneyvələr, tərəvəzlər, dənli   və dənli paxlalı   bitkilər,   çay,   kofe,   kakao,   meyvə   quruları, ədviyyatlar və digər məhsullar, yemlik və digər  texniki yüklər, taralar 1 ton 0,03
Şəkər, un və şəkər, un məmulatları 1 ton 0,01
Bütün növ kəsilmiş güllər, bəzək (dekorativ) və digər bitkilər 1 ton 0,03
Meşə materialları 1 m3 0,01
Əl yükləri, baqaj 100 kq-dan -1 tonadək 0,10
2. Karantin nəzarətində olan bitki və bitki mənşəli məhsullardan götürülmüş nümunələrin karantin ekspertiza laboratoriyasında müayinəsi 1 nümunə 0.60-0.90
3. Bütün   növ   karantin   nəzarətində  olan   bitki  və  bitki   mənşəli   məhsullara fıtosanitar karantin xidməti üzrə müvafiq sənədlərin tərtib edilməsi
·         İdxal karantin icazəsi 1 icazə 3,00
·         Fitosanitar sertifikat
Bir poçt göndərişinə Dəst 0,20
Bir əl bağlamasına (sərnişinlər üçün) Dəst 0,50
Növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə Dəst 1,00
4. Pestisidlərin,    bioloji    preparatların    və   aqrokimyəvi    maddələrin    sınağı, qeydiyyatı və ekspertizası 1 sənəd 80.00

Əlavə 2

İxrac üçün fitosanitar sertifikatın nümunəsi:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Gigiyenik sertifikat

Gigiyenik sertifikatı alınması proseduru

Gigiyenik sertifikat bütün məhsullara onların sanitar tələblərə uyğunluğun təmin etmək üçün verilir. Bunun üçün Sanitariya və Epidemioloji Nəzarət Mərkəzinə müraciət edilməli, əlavədə göstərilən xidmət haqqı (Əlavə 5) ödənilməli və aşağıdakı sənədlər təqdim olunmalıdır:

  • sanitar-epidemioloji xidmətin mütəxəssisləri tərəfindən götürülmüş məhsulun nümunəsini
  • istehsal olunan yeyinti məhsulları üçün əlavə olaraq istehsalçı müəssisənin sanitariya norma və qaydalarının tələblərinə uyğunluğu haqqında ərazi dövlət sanitariya nəzarəti orqanının müayinə aktını

Sonra məhsul labaratoriyada gigiyenik qiymətləndirmədən (bioloji, kimyəvi, toksikoloji və digər göstəricilər üzrə) keçirilir. Məhsul ekspertizadan keçirildikdən sonra müsbət rəy verilir və gigiyenik qeydiyyata alınaraq reyestrdən keçirilir. Bundan sonra məhsula 10 iş günü ərzində gigiyenik sertifikat verilir. Gigiyenik sertifikat yerli məhsullara 1 il müddətinə, idxal olunan məhsullara isə 6 ay müddətinə verilir.

Gigiyenik sertifikatın nümunəsi:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əlavə 5

Sanitariya və Epidemioloji Nəzarət Mərkəzinin göstərdiyi xidmətin tarifləri

Xidmət Ödəniş
(AZN)
1. Sanitariya nəzarəti üzrə:
Normativ texniki sənədlərə, tikinti və digər layihələrə baxış (1 saat üçün) 2
Laboratoriya müayinələrinin qiyməti nəzərə alınmadan gigiyenik sertifikatın, sanitariya pasportlarının, gəmi şəhadətnamələrinin və s. verilməsi 3
Mülkiyyət formalarından asılı olmayaraq müəssisə, təşkilatların sanitariya gigiyenik vəziyyətinin öyrənilməsi və sağlamlaşdırıcı tədbirlərin hazırlanması (1 saat üçün) 3
2.   Fiziki- kimyəvi müayinələr – müayinə olunan göstəricinin adı
Azot oksidi, aseton, asetilen, dimetilamin, etilenqlikol, dixloretan, lak, naftalin, yüksək malekullu spirtlər, etil spirti, kükürd anhidridi və s. havada təyini 8.0 Hər biri
Benzol, benzin, ammonyak, anilin, divinil, ksilol, kerasin, metilakrilat, ümumi karbohidrogenlər, karbon oksidi, stirol, mürəkkəb efirlər, karbon qazının havada təyini 10.0 Hər biri
Fenol, furturol, xlor benzol, xloropren, sikloheksan, formaldehidin havada təyini 10.0 Hər biri
3.   Toksikoloji müayinələr
Qida məhsullarının zərərli kimyəvi maddələrin qalıqlarının təyini 10.0 Hər biri
Bitki məhsulların nitratın təyini 5.0 Hər biri
Dənli bitkilərdə, un və un məmulatlarında brometilin təyini 10.0 Hər biri
Şərab, şirə və meyvələrdə mis kuporosun təyini 6.0 Hər biri
Kukla, oyuncaq, polimervə sintetik iyin, rəngin davamlılığının təyini 1.0 Hər biri
Qida məhsulları ilə təmasda olan qablarda və sintetik materiallarda hazırlanmış məhsullarda ağır metalın təyini 8.0 Hər biri