Tədbirlər

İyulun 17-də Riqada Latviya-Azərbaycan biznes forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Raymonds Veyonis biznes forumun açılış mərasimində iştirak ediblər.

Dövlət başçıları biznes forumda çıxış etdilər.

Sonra biznes forum işini müzakirələrlə davam etdirib.

Azərbaycanın İqtisadiyyat Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin təşkil etdiyi biznes forumda hər iki tərəfdən 120-dən çox şirkəti təmsil edən 200-dək sahibkar iştirak edib.

Latviya-Azərbaycan biznes forumunda ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair təkliflər irəli sürülüb.

 

17 mart 2017-ci ildə Bakı Biznes Mərkəzində Azərbaycan Nar Istehsalcıları və Ixracatçıları Assosasiyasının birinci toplantısı keçirilmişdir.

Tədbirdə ANİİA-nın icraçı direktoru Tağıyev Vaqif, azərbaycan narının tarixi, keyfiyyetləri və satış potensiali haqqinda geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, Azerbaycand yetişdirilən müxtəlif növlərdə nar , nardan alınan şirələr və narşərab dunyada alıcıların rəğbətini qazanmişdır. Ənənəvi bazarlardan əlavə, Avropa, Yaxın Şərq və Amerika bazarlarına çıxışın vacibliyi vurğulanmışdır. Bunun üçün istehsalçıların lazımı sertfikatların alınması  və biznes partnyorlar ilə birbaşa əlaqələrin yaradılmasına önəm verilməkdədir.

AZPROMO-nun prezidenti Rüfət Məmmədov öz çıxışında azərbaycan narı və ondan alınan məhsulların dunya bazarlarına çıxarılmasının vacibliyindən danişmışdır. “Made in Azerbaijan” brendi altında təşkil olunan ixrac missiyaları və sərgilər barədə geniş məlumat vermişdir. Sertifikatların alınması və xarici bazarların araşdırılmasında ANİİA ilə sıx əməkdaşlığa və lazım olan digər köməkliklərin ediləcəyinə söz vermişdir.

Çıxış edən digər iştirakçılar assosasiyanın yaradılmasının təqdire layiq olduğunu vurğulamışlar. Narın və ondan alənan məhsulların istehsalında olan çatışmamazlıqlar müzakirə edilmiş, ixrac potensialını artırmaq üçün görüləcək işlər barədə fikir mübadilələri aparımışdır.

17 Aprel 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin rəhbərliyi ilə qeyri-neft ixracatçılarının respublika müşavirəsində ANNIA rəhbərliyi və uzvləri iştirak  etmişdilər.

 

Müşavirədə müxtəlif məhsulların istehsalı və ixracı ilə məşğul olan şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çixiş edən dövlət başçısı qeyri-neft sektorunun inkişafı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Prezident İlham Əliyev bildirib ki, qeyri-neft sektorunun inkşafı istiqamətində atılan addımlar artıq müsbət nəticə verib. Ölkə iqtisadiyyatında qeyri- neft sektorunun payı bu ilin ilk üç ayında 2.4 faiz artıb. Qeyri-neft sektoru iqtisadiyyatın 65 faizini təmin edir.

Dövlət başçısı qeyd edib ki, görülən tədbirlər nəticəsində ixrac 50 faiz artıb və ilk üç ay ərzində ölkəyə 1 milyard dollar vəsait daxil olub. İxracın artmasına ən böyük töhfələrdən biri “Made in Azerbaijan” brendinin yaradılması olub. Brendi dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır.

3b56ded8-1c92-47eb-aa90-166878ffa84a
« 1 of 3 »