Aniia

Image description
logo

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası

Ölkə başçısının xüsusi önəm verdiyi kənd təsərrüfatı sahəsi və onun inkişafına əsas dəstəklərdən biri bu istiqamətdə fəaliyyət göstərən assosiasiyaların yaradılması olmuşdur. Statistikaya əsaslanaraq deyə bilərik ki, bu gün Azərbaycanda 20-yə yaxın anoloji assosiasiya fəaliyyət göstərir və onlardan biri də Azərbaycan Nar İstehsalı və İxracatı Assosiasiyasıdır (ANİİA). ANİİA 2016-ci ilin noyabrından fəaliyyətə başlamış və ilk günlərdən ölkəmizdə narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplamağa nail olmuşdur. Dəqiq qeydiyyatlar nəticəsində bu sahədəki mövcud problemləri aradan qaldıran ANİİA narçılığın inkişafı istiqamətində aqrotexniki maarifləndirmə işləri aparmış və bu sahədə fəaliyyət göstərən yerli və xarici mütəxəssislərlə görüşlər keçirərək yüksək təcrübələr əldə etmişdir. ANİİA-nın hal-hazırda 345 üzvü var. Bunlardan 14-şirkət, qalanları isə fiziki şəxslərdir. Assosiasiya üzvlərinin sayının artacağını nəzərə alaraq və eyni zamanda mövcud üzvlərlə iş zamanı yarana biləcək hər hansı problemin həllini təmin etmək üçün assosiasiyanın nəzdində xüsusi Nəzarət Təftiş Komissiyası yaradılmışdır. Üzvlərimiz nardan müxtəlif növ şirələr, narşərablar, şərablar (çaxır), həmçinin nar tumundan yağ və s. məhsullar istehsal edirlər. Gələcəkdə isə nardan daha çox məhsulun istehsal edilməsi planlaşdırılır. Assosiasiya müvafiq dövlət qurumlarının daimi hərtərəfli dəstəyilə öz fəaliyyətini göstərilən etimada uyğun olaraq davam etdirməkdədir. ANİİA rəhbərliyi və üzvləri Respublika əhəmiyyətli tədbirlərdə hər zaman təmsil olunur. Ölkə başçısı cənab İlham Əliyevin də iştirakı ilə ölkəmizdə və Belarusiya, Polşa, Ukrayna, Latviya, BƏƏ, Rusiya, Türkiyə kimi ölkələrdə təşkil edilən biznes forumlarda İqtisadiyyat Nazirliyinin birbaşa dəvəti ilə iştirak edirlər. Xidmətlərimiz. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) olaraq bizim fəaliyyət strategiyamızın əsas istiqamətlərindən biri fəaliyyətlərimizi məqsədlərimizlə uzlaşdırılmış şəkildə həyata keçirməkdir. ANİİA-nın məqsədləri üç əsas istiqamətə ayrılır: Nar istehsalçılarının gəlirlərinin artırılması; Nar və nar məhsullarının ixracının artırılması; Narçıların rifahının yüksəldilməsi. Bizim məqsədlərimizin ana xəttini Azərbaycandakı nar istehsalını və ixracını gücləndirmək, genişləndirmək, həmçinin, narçıların iş şəraitini stimullaşdırmaqla onların davamlı rifahını təmin etməkdir. Bu məqsədlərə nail olmaq üçün ANİİA aşağıdakı istiqamətlərdə öz xidmətlərini həyata keçirir: Yüksək istehsalat texnologiyalarının narçılıqda tətbiqi; Yüksək keyfiyyətli şitilliklərin qurulması, nar tinglərinin patentləşdirilərək yerli təsərrüfatların təmin edilməsi və xarici bazarlara satılması; Damcılı suvarma sistemlərinin geniş tətbiq edilməsi; Ekoloji təmiz, yüksək keyfiyyətli texnikalar vasitəsi ilə aqrotexniki qulluğun aparılması; Səmərəli gübrələmə tətbiqi ilə nar bağlarının orqanik gübrələmə metodlarına keçidi; Zərərvericilərə qarşı təkmil mübarizə üçün maarifləndirmə işlərinin aparılması; Nar yığımında qabaqcıl texnologiyaların tətbiqi ilə məhsul itkisinin qarşısının alınması və qısa vaxtda tamamlanması; Yığımdan sonrakı mərhələdə çeşidləmə, qablaşdırma, etiketləmə barədə maarifləndirici tədbirlərin görülməsi; İxrac üçün lazım olan sənədlərin və digər sertifikatların (Global GAP, Orqanik, Bio) alınmasında nar istehsalçılarına köməklik göstərilməsi; Logistika işlərində maarifləndirici tədbirlərin aparılması; Soyuducu anbarlarda məhsulun keyfiyyətli saxlanılması üçün maarrifləndirici işlərin aparılması və texniki dəstəyin göstərilməsi; İstehsal və emal sahələrində mütəxəssislərin bacarıq və biliklərinin artırılması üçün ixtisasartırma kurslarının və iş təcrübəsi mübadilələrinin aparılması; Yerli və xarici bazarların daimi keyfiyyətli məhsul təchizatı üçün kooperativlərin yaradılması və “Azərbaycan Narı” brendi yaradaraq vahid brend altında məhsulların satışının həyata keçirilməsi. Narçıların gəlirlərində artıma nail olmaq üçün hər şeydən əvvəl yüksək keyfiyyətli məhsul yetişdirmək lazımdır. Məhz bu səbəbdən biz ilk öncə narçılarımızı yüksək keyfiyyətli məhsullar yetişdirmələri üçün hazırlayırıq. Əldə olunan məhsulu bazarlara çıxarmaq, onları hədəf müştəri kütləsinə çatdırmaq üçün istehsalçılarımıza nəzəri və praktiki olaraq hər cür yardımı göstəririk. Gəlirin davamlılığı narçılarımız üçün əlavə stimul yaradır, onların maddi-texniki yeniliklərə çıxışını asanlaşdırır, istehsalın davamlı inkişafı və müasir tələblərlə ayaqlaşmasına zəmin yaradır. ANİİA olaraq biz, ixracı şaxələndirmək üçün Almaniya, Fransa, Latviya və Polşa, eyni zamanda ABŞ və Kanada bazarlarını araşdırırıq və tezliklə narçılarımızın istehsal etdiyi məhsulu bu ölkələrdəki müştəri kütləsinə çatdırmağı hədəfləyirik. İstehsalın stimullaşdırılması, məhsul satışının genişləndirilməsi, zəngin müştəri bazasının formalaşdırılması, ixrac əməliyyatlarının həyata keçirilməsi də daxil olmaqla, ANİİA nar istehsalçılarına hər zaman dəstək olur. Fəaliyyət Planı

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyəti çoxşaxəli olmaqla həm ölkəmizdəki özəl sektor nümayəndələri və dövlət qurumları, həm də beynəlxalq təşkilatlarla hərtərəfli iş birliyinə əsaslanır. Yerli və xarici tərəfdaşlarla müxtəlif istiqamətlərdə əməkdaşlıq, fikir və təcrübə mübadiləsi ANİİA-nın öz fəaliyyətini daha səmərəli və balanslı aparması üçün çox vacib amillərdən biridir. Bundan əlavə, biz fəaliyyətimizin şəffaflığını, etibarlılığını təmin etmək üçün media və ictimaiyyətlə də müntəzəm qaydada əməkdaşlıq edirik.
Ölkədəki biznes mühitinin əsas tərkib hissələrindən olan özəl sektorla işimiz əsasən aşağıdakılardan ibarətdir:
ANİİA üzvü olan özəl sektor nümayəndələri ilə mütəmadi görüşlər təşkil edərək cari problemlərin müəyyən edilməsi; həmin problemlərin həlli üçün xüsusi işçi qruplarının yaradılması və onların öncədən müəyyən edilmiş proqram üzrə fəaliyyətlərinin təmin edilməsi;
Nar istehsalçılarının ümumi məqsədlərinin müəyyən edilməsi; həmin məqsədlərə nail olmaq üçün görüləcək işləri əhatə edən plan əsasında müştərək və individual fəaliyyətin təşkil edilməsi; işlərin zamanında və lazımi şəkildə aparılması üçün müvafiq vəzifə bölgüsünün aparılması; işlərin gedişatının müntəzəm olaraq qiymətləndirilməsi və bu haqda hesabatların hazırlanması;
Birgə fəaliyyəti səmərəli və məhsuldar təşkil etmək üçün üzvlərlə ortaq müzakirəyə açıq aşağıdakı ümumi məqsədlərin təmin edilməsi:
· İstehsal həcminin artırılması;
· Orqanik istehsala keçid;
· Satış həcmləri və dəyərinin artırılması;
· Qablaşdırma və markalama standartları;
· Bağlarla hazır məhsul istehsalçılarının birbaşa əlaqələndirilməsi, məlumat bazasının yaradılması;
· Nar emalında yaranan tullantılardan (qabıq və tum) yeni məhsulların alınması və həmin məhsulların satışının təşkili;
· Assosiasiyaya yeni üzvlərin dəvət edilməsi. Üzvlərə təkcə nar istehsalçıları deyil, həmçinin nar emalı müəssisələrinin də daxil edilməsi.

ANİİA-nın dövlət qurumları ilə işi bir qayda olaraq qarşılıqlı faydalı münasibətlərin yaradılması və inkişaf etdirilməsinə, bu yolda dövlət tərəfindən təqdim olunan bütün imkanlardan yararlanmağa və əvəzində ölkə iqtisadiyyatının, xüsusilə narçılıq təsərrüfatının inkişafına davamlı töhfələr verilməsinə hesablanıb. Dövlət qurumları ilə müştərək fəaliyyətimizə aiddir:

A Azərbaycan Respublikası Prezidentinin 1 mart 2016-cı il və 5 oktyabr 2016-cı il tarixli fərmanlarından irəli gələn məsələlər üzrə fəaliyyətin aparılması, bu istiqamətdə dövlətin yaratdığı aşağıdakı imkanlardan tam surətdə faydalanmaq:
· ixracın təşviqi,
· ixrac missiyaları,
· alıcı missiyaları,
· “Made in Azerbaijan” brendinin təşviqi,
· marketinq araşdırmaları,
· beynəlxalq sertifikatların alınması,
· beynəlxalq sərgilərdə iştirak,
· tədqiqat-inkişaf proqramlarında iştirak. 
B Aşağıdakı aidiyyatı qurumlarla işçi əlaqələrin yaradılması və qarşılıqlı surətdə faydalı fəaliyyətin aparılması:
AMEA (Azərbaycan Milli Elmlər Akademiyası)

Kənd Təsərrüfatı Nazirliyi (Dövlət Fitosanitar Xidməti, Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Aqrar Universiteti, Aqrar Tədqiqatlar Mərkəzi və s.);
İqtisadiyyat Nazirliyi (sənaye parkları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Agentliyin yanında İctimai Şura, AzPromo);
Qida Təhlükəsizliyi Agentliyi;
Azərbaycan İnvestisiya Şirkəti;
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi;
ABAD (Ailə Biznesinə Asan Dəstək);
AMAL (Aqrar Məşğulluğun Artırılması Layihəsi);
Heydər Əliyev Fondu. Qloballaşan dünyada bu və ya digər qurumun tək lokal fəaliyyət və əməkdaşlığa köklənməsi onun gələcək inkişaf perspektivlərini məhdudlaşdırır, dünyada baş verən yeniliklərdən bixəbər qalmasına gətirib çıxarır. Bu cür neqativ halların qarşısını almaq üçün ANİİA öz faəliyyətini ölkə hüdudlarından kənara çıxararaq beynəlxalq əməkdaşlıq müstəvisinə daşımışdır. Beynəlxalq və xarici partnyorlarla işbirliyi zamanı müəyyən etdiyimiz əsas məqsədlər aşağıdakılardır: · Azərbaycan narı və nar məhsullarının üstünlüklərini xarici şirkət və təşkilatlara anlatmaq, məhsulları onlara tanıtmaq; · Xarici satış kanallarını şaxələndirmək; · Beynəlxalq təşkilatların kənd təsərrüfatı və meyvə emalı sahələri üçün yaratdığı treninq və təhsil imkanlarından (GIZ, USAID, FAO və s.) yararlanmaq, yerli istehsalçıları bu tipli tədbirlərdə iştiraka cəlb etmək, onlara bu işdə kömək etmək; · Beynəlxalq sertifikatorlarla birgə fəaliyyət qurmaq; · Rusiya və Türkiyədə qablaşdırma sənayesi ilə tanışlıq və məhsulların idxalı; · Türkiyə nar istehsalçıları və İsrail meyvə assosiasiyası ilə əlaqələr qurmaq; · Azərbaycanın xaricdəki səfirlikləri, ticarət nümayəndəlikləri və ticarət evləri vasitəsilə yerli istehsalçıların xarici bazarlara çıxışını asanlaşdırmaq; · Xarici dövlətlərin Azərbaycandakı səfirlikləri, ticarət attaşeləri vasitəsilə Azərbaycanın nar məhsulları haqqında həmin ölkələrin biznes qurumlarını məlumatlandırmaq. ANİİA-nın media və ictimaiyyətlə işinin kökündə fəaliyyətimizin şəffaflığı, etibarlılığı barədə ictimaiyyəti müntəzəm qaydada məlumatlandırmaq, onlardan aldığımız geridönüşlər əsasında fəaliyyətimizi qiymətləndirmək, çatışmazlıqları aradan qaldırmaqdır ki, bu da öz növbəsində bizə öz fəaliyyətimizi daimi nəzarət altında saxlamaq, onu təkmilləşdirmək imkanı verir. Media və ictimaiyyətlə iş prinsipimiz əsasən aşağıdakı kimidir: · ANİİA-nın fəaliyyəti barədə ictimaiyyəti ənənəvi və sosial media vasitəsilə məlumatlandırmaq; · ANİİA-nın təşkil etdiyi tədbirlərdə (iclas, konfrans, müsabiqə, təqdimatlar və s.) ənənəvi medianın iştirakını təmin etmək, onları sosial mediada işıqlandırmaq; · Müsabiqələr və digər sosial tədbirlər keçirmək; · Mütəmadi olaraq görülən işlər haqqında press-relizlər hazırlamaq; · Sosial yönümlü layihələr vasitəsilə (uşaq evlərinə ziyarət, əlillərə yardım, qan verənlərə nar paylanması, mədəniyyət və təhsil sahələrinə aid layihələrin icrası) ANİİA-nın fəaliyyətini mütəmadi olaraq ictimaiyyətin diqqətində saxlamaq.