Sədrin müraciəti

Fresh pomegranates on traditional fabric

Sədrin müraciəti

Aqrar sahə ölkə iqtisadiyyatının əsas sahəsi kimi cəmiyyətin yaşaması üçün əvəzolunmaz əhəmiyyət kəsb edir. Bu sahə, xüsusilə kənd təsərrüfatı sahəsi əhalinin ərzaq məhsullarına artmaqda olan tələbatını və bir sıra sənaye sahələrinin xammala olan ehtiyaclarını ödəyir. Ölkə iqtisadiyyatının bir çox sahələrinin inkişafı aqrar sahənin səviyyəsindən müəyyən dərəcədə asılıdır. Kənd təsərrüfatı həm də iqtisadiyyatın müxtəlif sahələrinin və əhalinin ehtiyaclarını ödəyən vacib mənbə hesab olunur. Müasir dövrdə aqrar sahədə dövlət rəhbəri tərəfindən həyata keçirilən tənzimləyici iqtisadi tədbirlər nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafa nail olunması üçün xeyli işlər görülmüşdür. Möhtərəm prezident cənab İlham Əliyevin tapşırıq ve tövsiyyəsinə uyğun olaraq Azarbaycanda sahəvi assosiasiyalar yaradılmışdır ki, bunlardan biri də Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasıdır. Bu dəstəyin praktiki nəticəsidir ki, artıq Azərbaycan narı qlobal arenada öz yerini tutur. Azərbaycan gözəl, zəngin təbiətə malikdir. Vətənimizin faydalı, dillər əzbəri olan nemətləri çoxdur. Bunlardan biri də nardır. Qədim zamanlardan Şərqdə nar bütün meyvələrin şahı hesab edirler. Hətta xarici görkəminə görə də o, digər meyvələrdən yüksəklikdə dayanan od-qırmızı tac kimi seçilir. Narçılıq Azərbaycanda ən qədim bağçılıq sahələrindən biri olub. Ötən əsrin 70-80-ci illərində Ümumilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə bu sahə xüsusi inkişaf dövrü keçib. O zaman Azərbaycanda 70-ə yaxın nar sortu mövcud idi. Bu sortlardan alınan nar və nar məhsulları keçmiş SSRi-də geniş şöhrət qazanmışdı. Lakin ötən əsrin 90-cı illərində nadir nar sortlarının bir çoxu məhv edildi. Hazırda bu sahə xüsusi dövlət qayğısı ilə əhatə olunub. Regionlarda yeni nar bağları salınır, əvvəlki nar bağları bərpa edilir, məhsulların xarici bazara daha çox həcmdə çıxarılması üçün davamlı tədbirlər həyata keçirilir. ANİİA təsis edildiyi gündən Azərbaycan narının dünyada layiqincə təbliğ edilməsini qarşısına məqsəd qoymuşdur. Bu məqsədlə ANİİA dünyanın ən tanınmış sərgilərində Azərbaycan narının və nardan istehsal olunan məhsulların tanıdılması üçün öz töhvəsini verir. ANİİA ölkəmizin daxilində nar yetişdirən kiçik fermerlərdən iri şirkətlərə qədər hərkəs ilə narın əkilib becərilməsi, aqrotexniki qulluq, məhsul yığımı, saxlanılması, innovativ suvarma sistemlərinin öyrənilməsini və bazarlara çıxışı mərhələsində bir koordinator rolunu oynayır. Assosiasiyamız nar təsərrüfatı ilə məşğul olmaq istəyən fermerlərə təmənnasız şəkildə xidmət göstərir ve narın dünya bazarında "Made inAzerbaijan" brendi adı altında tanınmasına dəstək verir. Hörmətlə, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Fərhad Qaraşov