Bloq

13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi
Wednesday, May 15, 2019

13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi

15-17 may 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi...ANİİA bu il də #caspianagro2019 sərgisində iştirak edir. Bu il sərgiyə assosiasiyanın yeni korporativ broşuru, yüzdən çox üzv və tullantısız nar emalı konsepsiyası ilə çıxdıq. Sərgi zamanı stendimizə təşrif buyuran Baş Nazir Novruz Məmmədov, Kənd Təsərrüfatı Naziri İnam Kərimov, İqtisadiyyat Naziri Şahin Mustafayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədova nar meyvəsi və emal məhsullarının ixracının artması, ANİİA-nın həyata keçirdiyi və planlaşdırdığı layihələr haqqında məlumat verildi, tullantısız emal modelinin təqdimatı keçirildi. Stenddə təmsil olunan ANİİA üzvlərinin məhsulları və rəssam Dəniz Baxışzadənin nar mövzusunda yaratdığı rəsm əsərləri ziyarətçilərin böyük marağına səbəb oldu, sərgi zamanı onlarla xarici potensial alıcılarla danışıqlar
aparıldı.