Bloq

Narımızın tarixi
Tuesday, July 1, 2025

Narımızın tarixi

Nar dünyanın ən qədim yeyilə bilən meyvələrindən biri kimi tanınır və onunla ilk tanışlıq və ondan ilk istifadə qədim Orta Şərq svilizasiyaları ilə əlaqələndirilir. İlk olaraq Misir və qədim Yunanıstanda becərilən narın yetişdirilmə arealı sonralar Türkmənistan, İran, Əfqanıstan, Azərbaycan, Hindistan, Çin kimi Asiya ölkələri, Şimali Amerika və Avropanın Aralıq dənizi sahili ölkələrinə qədər genişlənmişdir. Narın Hindistanda yetişdirilən Çandra və Cadav növlərinə aid məlumatlar sayəsində, bu meyvənin eramızdan təxminən 4000 il əvvəl becərilməyə cəlb edilən ən qədim meyvələrdən biri olduğu, hətta onun adının İslamın müqəddəs kitabı Quran-i-Kərimdə, xristianlığın müqəddəs kitabı Bibliyada və yəhudi müqəddəs kitabı Tövratda keçdiyi də ortaya çıxmışdır. Nar meyvəsi əsasən üç hissəyə bölünür: üz qabığı, dənələri ayıran daxili qabıq (pərdə) və dənələr. Narın yeyilə bilən hissəsi meyvənin bütöv çəkisinin 55-60%-ni təşkil edir. Narın 80%-i şirədən, 20%-i isə dənələrdən ibarətdir. Sıxılmış nar şirəsinin tərkibi 85% su, 15% isə şəkər, pektin, askorbin turşusundan, flavonoid, amin turşuları və başqa kimyəvi birləşmələrdən ibarətdir. Narın bu unikal tərkibi onun bir çox xəstəliklərdə çox effektiv təsirə malik olmasına, müxtəlif bioloji pozğunluqların qarşısının alınmasında müsbət rol oynamasına səbəb olur. Kliniki testlər nəticəsində narın xərçəng xəstəliyinin müalicəsində də tətbiq oluna biləcəyi sübut edilmişdir. Nar əsasən təzə halda və ya cem, şirə, mürəbbə, sirkə, şərab kimi emal olunmuş formalarda istehlak edilir.

Narımızın tarixi | ANİİA