
Narın insan orqanizminə xeyri
Növündən və sortundan asılı olaraq narın meyvəsi şirin və turş olur. Nara turş dad verən onun şirəsində olan limon turşusudur. Belə ki, cır narın şirəsində 5-9 %, becərilən narda isə 2-4 %-ə qədər limon turşusu vardır. Nar meyvəsinin qabıq hissələrində isə 22-39 % aşı maddəsi vardır. Bundan əlavə narın şirəsində çoxlu miqdarda şəkər və C vitamini vardır. Narın tərkibində 8-19 % qlükoza və fruktoza, 1 % saxaroza, şirin sortlarda 0.2 %, turşa-şirin sortlarda 2-3 %, turş narlarda isə 3-7 % limon turşusu vardır. Narın tərkibində bədən üçün faydalı maddələr vardır. Bir sıra elmi araşdırmalar və həkim rəylərinə əsasən, şirin nar ağ ciyər, mədə və qara ciyər xəstəliklərinə kömək edir. Şirin nar şirəsinə şəkər və nişasta qataraq sinə tutulması və öskürək əleyhinə istifadə etmək olar. Bağırsaqların daxili divarlarını təmizlədiyi üçün narı tumlu yemək məsləhətdir. Nar əsəb üçün xeyirlidir. O, həmçinin qan artırmaq xüsusiyyətlərinə malikdir. Nar qabığından lap qədimdən rəngsazlıqda, dəri aşılanmasında istifadə edilmişdir. Nar lif baxımından da olduqca zəngindir. Bununla yanaşı ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunur. Nar çəyirdəyindən şirə və efir yağı alınır. Bu yağ kosmetologiyada istifadə edilir.*
*(Həkim məsləhəti əsasında)