Bloq

“World Food Azerbaijan 2018”
Wednesday, May 16, 2018

“World Food Azerbaijan 2018”

Prezident İlham Əliyev mayın 16-da Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2018”, XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” sərgiləri ilə tanış olub. Sərgidə iştirak edən Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov Prezident İlham Əliyevə məlumat verərək xatırlatdı ki, rəhbərlik etdiyi Assosiasiya 2016-cı ildə fəaliyyətə başlayıb. Fərhad Qaraşov bildirdi ki, Azərbaycanda narçılığın inkişaf etdirilməsini, narın xarici bazarlara çıxarılmasını və ixrac miqyasının yeni bazarlar hesabına genişləndirilməsini qarşıya məqsəd qoyan assosiasiya hazırda “Made in Azerbaijan” brendi ilə məhsul istehsalını təşviq edir. Prezidentin xüsusi diqqət və qayğısını gördüklərini deyən Assosiasiya sədri, bu dəstəyə görə İlham Əliyevə qurum adından təşəkkürünü bildirdi.