Bloq

“Worldfood Moscow 2018”
Tuesday, September 16, 2025

“Worldfood Moscow 2018”

Sentyabrın 17-də Moskvada “Worldfood Moscow 2018” Beynəlxalq Ərzaq sərgisi
açılıb.
Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in
Azerbaijan” vahid ölkə stendində 35 Azərbaycan şirkətinin qida, meyvə-tərəvəz,
şərab, fındıq, qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı
məmulatları, spirtli içkilər və digər məhsulları nümayiş olunur.
Sərgidə həmçinin Azərbaycan Nar İstehsalçıları və İxracatçıları
Assosiasiyası(ANİİA) 4 üzvü (Mars Fk Ltd MMM, Gilan Agriculture,Azərsun, Aznar
QSC) ilə birlikdə iştirak edir.Assosiasiyanı sədr Fərhad Qaraşov təmsil edir.
Sərgidə Azərbaycanın Milli brendi olan "Nar" meyvəsinə çox böyük maraq vardır.
Üzvlər Nar və Nardan hazırlanan məhsulları nümayiş etdirirlər. Bu da öz
növbəsində Nar və Nardan hazırlanan məhsulların ixracının daha da artmasına
səbəb olacaqdır.Sərgidə ANİİA-nın, bir sıra dövlət və özəl şirkətlərin təqdimatı da
keçirilmişdir.

“Worldfood Moscow 2018” | ANİİA