
Sönməz Günəşin Dəryası
Əziz xanımlar və cənablar.
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiyasiyası növbəti layihəsini təqdim edir. Sizləri görkəmli şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan "Sönməz günəşin dəryası" adlı rəssamlıq və heykəltəraşlıq müsabiqəsinə dəvət edirik.
Narın sehrini, onun gözəlliyini, ezackarlığını ən yaxşı mən təqdim edə bilərəm deyirsənsə bizə qoşul.! Öz sənət əsərini bizə təqdim et, müsabiqənin qalibi ol. Müsabiqədə iştirak etmək olduqca sadədir.
Nar obrazı əsasında hazırladığın sənət əsərinin fotosunu info_musabiqe@pomegranate.az elektron ünvanına göndər və müsabiqədə iştirak etmək hüququ qazan.
Müsabiqə 2 mərhələdən ibarətdir. 05.02.21 - 25.02.21 tarixləri ərzində iştirakçılar hazırladıqları rəsm əsərinin fotosunu bizə təqdim etməlidir. 25.02.21 tarixində təqdim olunan nümünələr bu sahənin peşakar münsifləri tərəfindən dəyərləndiriləcəkdir.
Müsabiqədə 3 qalib müəyyən olunacaq.
Birinci yer -1500 azn
İkinci yer – 1000 azn
Üçüncü yer – 500 azn miqdarında pul mükafatı və sertifikatlarla təltif olunacaq. Sən də müsabiqədə iştirak et Nar tarixinə öz adını yaz.
Daha ətraflı məlumatıpomegranate.azsaytından əldə edə bilərsiniz.