Bloq

Müqəddəs kitablar
Tuesday, July 1, 2025

Müqəddəs kitablar

Nar – günəşin qədim şərq emblemidir. Yunanlar nar şirəsini qana bənzədir və onun Dionisin qanı ilə dolu olduğuna inanırdılar. Qan həyat enerjisinin daşıyıcısıdır. Buna görə də al-qırmızı nar yunanlar tərəfindən həyat simvolu kimi
qiymətləndirilirdi. Bu təəccübdoğuran meyvənin dərin simvolik bir strukturu da var. Antik filosoflara görə, bir qabıq altında gizlənmiş dənələr əslində vahid görünən kainatın müxtəlifliyinə işarədir. Bundan başqa, nar məhsuldarlıq və bolluq, diriliş və əbədiilik simvolu, cazibədarlıq, məhəbbət və nikah emblemi sayılır. Mifologiyada nar əbədiilik simvoludur. Müsəlman dininə görə, xurma və nar ağacları bitən çiçəkli cənnət bağında nar ölümsüz, günahsız insanlara xüsusi həzz verir. İran mifik qəhrəmanı İsfəndiyar nar dənəsini udan kimi məğlubedilməz oldu, Aidin qurbanı Persefona isə narın 7 dənəsini yedikdən sonra Ölülər səltənətini tərk etdi, bir sözlə, dirildi. Eyni zamanda bu gözəl meyvə özünəməxsus nikah müqaviləsi sayılırdı. Müqavilənin şərtlərinə görə Persefona ilin üçdə iki hissəsini Yerdə anası ilə, qalan hissəsini isə kədərli Kölgələr səltənətində nifrət etdiyi əri ilə keçirirdi. Qədim Şərq, yunan və roma xalqlarının dinində bu qeyri-adi meyvəyə ən çox sayılıb-seçilən tanrılar sahib olurdular. Təbiətin məhsuldarlıq və dövri dirçəliş simvolu olaraq nar Demetra və Persefonaya; sevgi simvolu olaraq bu məhsul gözəllik ilahələri Astarta, Afrodita və Veneraya; nikah simvolu olaraq isə o, qayğıkeş Heraya məxsusdur. Dünya dinlərində də nar az qiymətləndirilməyib. Müsəlmanlar narı mənəvi təmizlənmə simvolu kimi görürdülər. Buddistlər onu 3 mübarək meyvədən biri sayırdılar. Xristianlar isə narın dənələrini çoxsaylı möminlərə, özünü isə onları müdafiə edən kilsəyə bənzədirdilər. Üstəlik xristian ikonoqrafiyasında nar Xilaskarın sağ əli kimi dirilişin simvolu sayılır. Müqəddəs İohanın əlindəki xaçla bəzədilmiş nar da eyni əhəmiyyətə malikdir.
Açılmış nar İsanın dirilişini simvolizə edir, bağışlanma, gələcək həyata və dirilişə inam vəd edir. Nar dənələrinin bolluğuna görə məhsuldarlığın simvoludur. O, qədim Günəş tanrısının və həyatın emblemi, “qadağan olunmuş sirr” adı verilən
ilahi simvoldur. Meyvənin yuxarısındakı çiçəklər heraldikada tacın təsvirinə xidmət edir. Nar həmişə qızılı rəngdə təsvir edilir. Narın dənələri isə qədim dövrdən mükəmməlliyi simvolizə edən 12 rəqəmi kimi verilir.